525.Az

Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib


 

Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) bu gün rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib.

"Biz Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə davam edəcəyik. Hər bir sanksiyalar Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir", - Kallas vurğulayıb.

 





30.06.2025    çap et  çap et