525.Az

İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb


 

İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağındakı Qəzza və Cəbaliyə şəhərlərinin əhalisinə müraciət edərək döyüş əməliyyatları ilə əlaqədar bu əraziləri tərk etməyə çağırıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” Yaxın Şərq KİV-inə istinadən bildirib.

"IDF bu ərazilərdə böyük qüvvə ilə fəaliyyət göstərir. Hərbi əməliyyatlar davam edəcək, güclənəcək. Təhlükəsizliyiniz üçün dərhal qərbə, sonra isə ər-Rəşid yolu ilə cənuba gedin", - IDF-in nümayəndəsi Avichai Adraee bildirib.

Bu arada KİV Qəzza zolağının şimalında kütləvi bombardmanlar barədə məlumat verir. Bəzi məlumatlara görə, İsrail tankları Qəzza şəhərinin şərqindəki əz-Zeytun ərazisinə daxil olub. Fələstin tərəfi bildirib ki, iyunun 30-da İsrailin endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub.

 





30.06.2025    çap et  çap et