525.Az

Qətər İranın nüvə proqramı ilə bağlı nizamlanmada fəal iştirak edir


 

Qətər İranın nüvə proqramı ilə bağlı nizamlanmada fəal iştirak edir   <b style="color:red"></b>

Qətər Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması üçün hazırda ABŞ və İran arasında diplomatik prosesdə iştirak edir.

525.az xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

“Hazırda Qətər bu prosesdə fəal şəkildə iştirak edir, tərəflərlə təmaslar demək olar ki, hər gün həyata keçirilir”, - rəsmi əlavə edib.

İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daha əvvəl Tehranın nüvə sazişi üzrə dialoqu bərpa etməyi nəzərdən keçirdiyini, lakin mümkün danışıqlar zamanı ABŞ-dan təhlükəsizlik zəmanəti tələb etdiyini bildirib.

Pərvanə Sultanova

 





30.06.2025    çap et  çap et