Meksikada, Syudad-Huares şəhərində fəaliyyətini dayandırmış krematoriyada 381 insanın qalığı tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli prokurorluq artıq cinayət işi qaldırıb, 2 nəfər saxlanılıb.
Saxlanılanlar krematoriyanın sahibi və əməkdaşıdır.
Araşdırma zamanı məlum olub ki, onlar dəfn agentlikləri ilə müqavilə əsasında meyitləri yandırarkən səhlənkarlığa yol veriblər və meyitlər tam yandırılmayıb. Bundan başqa ölü sahiblərinə meyitlərin külünü təhvil verərkən onları aldadıblar.
Qeyd edək ki, qalıqlar ekspertizaya göndərilib, kimlərə məxsus olduğu araşdırılır.
L.Tağıyeva
çap et