ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma üçün İranla müzakirələri davam etdirir.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp İran hakimiyyəti ilə əlaqə saxlamayıb:
“Xüsusi elçimiz Stiven iranlılarla həm birbaşa, həm də vasitəçilərlə əlaqə saxlayır. Bu əlaqə davam edir. Prezident Donald Tramp isə İranla danışmayıb”.
çap et