|
|
|
|
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT) tərəfindən təşkil edilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin İkinci toplantısında iştirak edib.
525.az xəbər verir ki, İstanbul Universitetinin rektorluq binasında keçirilən görüşdə üzv ölkələrdən Türkiyə, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya və Ukraynadan Elmlər Akademiyalarının prezidentləri, vitse-prezidentləri, akademikləri və nümayəndələri iştirak ediblər.
“Qara dəniz bölgəsində elm və təhsilin əməkdaşlığı və inkişafı” mövzusunda tədbirdə QDİƏT-ə üzv dövlətlərin elmi qurumları və universitetləri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək və təkcə Qara Dəniz regionunu deyil, bütün dünyaya təsir edən müxtəlif çağırışların ümumi həlli yollarını təklif etmək məqsədi ilə həyata keçirilib.
İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar və QDİƏT-inParlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev aşılış nitqi ilə çıxış ediblər. Çıxışlarda beynəlxalq tədbirin əhəmiyyətindən danışılıb, beynəlxalq təşkilata üzv ölkələrin akademik qurumları arasında elmi əlaqələrin gücləndirilməsinin vacibliyindən bəhs edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Avrasiyacoğrafiyasının problemləri və Elmlər Akademiyalarının vəzifələri” mövzusunda məruzə ilə şıxış edib. Tədbirdə bölgə akademiyalarının iştirakının təmin edilməsinin, ortaq müzakirələrin aparılmasının bir sıra elmi istiqamətlər üzrə yeni tədqiqatlara yol açacağını vurğulayan akademik İsa Həbibbəyli toplantının akademiyalar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə töhfə verəcəyinə əminliyini bildirib. AMEA ilə Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniyavə başqa ölkələrin Elmlər Akademiyaları arasında yaradılmış elmi əməkdaşlığın müxtəlif elmi isiqamətlər üzrə birgə tədqiqatlarla uğurla davam etdirildiyini diqqətə çatdırıb. AMEA-nın ortaq elmi layihələrə böyük əhəmiyyət verdiyini, belə görüşlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin yeni mərhələyə çatdırılması baxımından dəyərli olduğunu vurğulayan akademik İsa Həbibbəyli həmin sahədə qarşıda duran vəzifələrdən danışıb və təkliflərini bildirib. Həmçinin o, beynəlxalq təşkilata üzv ölkələri humanitar və ictimai elmər, o cümlədən seysmologiya sahələrində süni intellekt, rəqəmsal məsələlər kimi istiqamətlər üzrə ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanaraq birlikdə fəaliyyət göstərməyə dəvət edib.
Gürcüstan EA-nın prezidenti akademik Roin Metreveli, Bolqarıstan EA-nın sabiq prezidenti akademik Yulian Revalski, Yunanıstan Afina Akademiyasının üzvü, professor Antoniya Trixopulu, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, Rumıniya EA-nın vitse-prezidenti akademik Nikolas-Viktor Zamfir, Türkiyə EA-nın prezidenti akademik Müzəffər Şəkər, Ukrayna MEA-nın vitse-prezidenti professor Sergiy Pirojkov, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qara Dəniz Universitetləri şəbəkəsinin baş katibi professor Eden Mamut, İstanbul Universiteti rektorunun müşaviri professor Fahri Ovalı və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, birgə əməkdaşlıq imkanlarının yaradılmasından danışaraq mövzu üzrə fikir və təkliflərini səsləndiriblər.
Tədbirin AMEA-nın 80 illiyinə hərs olunmuş hissəsində akademik Asəf Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarixi yoluna həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın 80 illik fəaliyyətinə qısa ekskurs edilib, əlamətdar tarix münasibətilə AMEA rəhbərliyini və kollektivini təbrik edib.
İstanbul Universitetinin rektoru, akademik Osman Bülent Zülfikar, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, eləcə də digər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyalarının prezidentləri və nümayəndə heyətləri AMEA-nın 80 illiyi ilə əlaqədar təbriklərini çatdırıblar.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək rəhbərlik etdiyi qurumun elmi tədqiqat istiqamətləri barədə danışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının işığında Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayan akademik İsa HəbibbəyliAMEA-nıtəbrik edən xarici ölkələrin Elmlər Akademiyalarının və beynəlxalq elmi qurumlarınrəhbərlərinə təşəkkürünü bildirib.
Tədbirin yekununda QDİƏT-ə üzv ölkələrin Elmlər Akademiyalarınınrəhbərləri tərəfindən birgə bəyannamə imzalanıb. Sənəddə Qara Dəniz regionunda elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi bir daha təsdiqlənərək birgə tədqiqatları təşviq etmək, yeni texnologiyaların inteqrasiyasını dəstəkləmək və gənc alimlər üçün imkanların artırılmasının əhəmiyyəti vurğulanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyi qeyd edilib