525.Az

Kreml: Rəsmi Bakı ilə "Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları məsələsini müzakirə etməyi planlaşdırırıq


 

Kreml: Rəsmi Bakı ilə "Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları məsələsini müzakirə etməyi planlaşdırırıq<b style="color:red"></b>

Rusiya Bakı ilə birbaşa əlaqələr zamanı Azərbaycanda saxlanılan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının azad edilməsinə nail olmağı planlaşdırır.

525.az "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birbaşa əlaqələr zamanı onların azad edilməsinə nail ola biləcəyik", - o qeyd edib.

 





01.07.2025    çap et  çap et