525.Az

Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik


 

Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik<b style="color:red"></b>

Rusiya "3+3" formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk "Maşuk" bilik mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-təhsil proqramının açılışında bildirib.

"Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin "3+3" işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq", - deyə o qeyd edib.

 





01.07.2025    çap et  çap et