Telanqan ştatında kimyəvi məhsullar istehsal edən zavodda partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib.
Bu gün günorta saatlarına olan məlumata görə partlayış nəticəsində 39 nəfər həyatını itirib. Onlarla insan yaralanıb. Onlar xilasedicilər tərəfindən xəstəxanalara yerləşdiriliblər. Ölü sayının artma ehtimalı böyükdür.
Qeyd edək ki, partlayışdan yaranan yanğın söndürülüb. Qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.
L.Tağıyeva
çap et