525.Az

Danimarkada qadınlar hərbi xidmətə çağırılırlar


 

Danimarkada qadınlar hərbi xidmətə çağırılırlar<b style="color:red"></b>

Bu gündən etibarən Danimarkada qadınlar həqiqi hərbi xidmətə çağırılırlar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi hələ 2023-cü ilin iyununda qəbul edilmişdi.

Qanuna görə iyulun 1-dən etibarən 18 yaşı tamam olmuş qızlar tibbi baxışdan keçməli və xidmət üçün yararlı olacaqları təqdirdə qeydiyyata düşməlidirlər. Üstəlik, hərbi xidmət onların hamısına şamil edilməyəcək. 

Başqa sözlə, qadınlar həqiqi hərbi xidmətə püşk yolu ilə seçiləcəklər.

Qeyd edək ki, ötən ilə olan məlumata görə Danimarka ordusuna çağırılanlarln 23 faizini könüllü şəkildə  müraciət edən qadınlar təşkil edib.

L.Tağıyeva

 





01.07.2025    çap et  çap et