525.Az

ABŞ və Hanoy ikitərəfli ticarət məsələləri üzrə razılaşma əldə ediblər


 

ABŞ və Hanoy ikitərəfli ticarət məsələləri üzrə razılaşma əldə ediblər<b style="color:red"></b>

Vaşinqton və Hanoy ikitərəfli ticarət məsələləri üzrə razılaşma əldə ediblər.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

"Mən indicə Vyetnamla ticarət müqaviləsi bağladım. Təfərrüatlar sonra veriləcək", - o qeyd edib.

Tramp aprelin 4-də bildirib ki, Vyetnam rəhbərliyi ABŞ mallarına tətbiq edilən bütün tarifləri qaldırmağa hazır olduğunu deyib.

ABŞ hakimiyyətinin məlumatına görə, 2024-cü ilin sonuna ABŞ və Vyetnam arasında ticarət dövriyyəsi təxminən 149,6 milyard dollar təşkil edib. ABŞ-dən Vyetnama tədarük 13,1 milyard dollar, Vyetnamdan ABŞ-yə isə 136,6 milyard dollar dəyərində qiymətləndirilir.

 





02.07.2025    çap et  çap et