525.Az

Avropa Parlamenti Ursula fon der Lyayenə etimad səsverməsi keçirəcək


 

Avropa Parlamenti Ursula fon der Lyayenə etimad səsverməsi keçirəcək<b style="color:red"></b>

Avropa Parlamenti gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimadla bağlı səsvermə keçirəcək.

525.az  APA ya istinadən xəbər verir ki, bu barədə DPA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bu addım COVID-19 əleyhinə peyvəndlərin satın alınması zamanı yol verilmiş ehtimal olunan sui-istifadə hallarına dair ittihamlarla bağlı atılır.

Bildirilir ki, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə fraksiya rəhbərlərini məlumatlandırıb.

 





02.07.2025    çap et  çap et