525.Az

Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var


 

Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var  <b style="color:red"></b>

Türkiyədə təyyarə qəzası olub.

Bu barədə 525.az “Report” a istinadən xəbər verir.

Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.

Əraziyə jandarm, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.

Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.

 





02.07.2025    çap et  çap et