525.Az

Ukraynada partlayışlar olub, ölən və yaralananlar var


 

Ukraynada partlayışlar olub, ölən və yaralananlar var<b style="color:red"></b>

Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.

O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.

 





02.07.2025    çap et  çap et