525.Az

ARDNF I yarımildə büdcə öhdəliyini tam icra edib


 

ARDNF I yarımildə büdcə öhdəliyini tam icra edib<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 7 milyard 240,5 milyon manat təşkil edib.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 6 aylıq ödəniş tam icra edilib.

 





03.07.2025    çap et  çap et