525.Az

Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqanskın keçmiş rəhbərini öldürüb


 

Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqanskın keçmiş rəhbərini öldürüb<b style="color:red"></b>

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” UTX-dəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.

Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.

O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.

 





03.07.2025    çap et  çap et