525.Az

Fransanın Lion şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb


 

Fransanın Lion şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb<b style="color:red"></b>

Fransanın Lion şəhərindəki MAPRA müasir incəsənət mərkəzində azərbaycanlı rəssam Nail Nadir Ələkbərovun növbəti sərgisi açılıb.

525.az-ın məlumatına görə, sərgiyə MDA-Fransa Rəssamlar Evinin vitse-prezidenti, məşhur rəssam-heykəltaraş Alain Lovato qatılıb. Sərgi noyabrın 22-dən dekabrın 8-dək davam edəcək.

Nail Nadir Ələkbərov 1979-cu ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Kollecini, Azərbaycan Rəssamlıq Akademiyasını bitirib, Fransanın Limoj şəhərindəki Dövlət Ali Rəssamlıq Məktəbində və Liondakı Lumier Universitetində təhsil alıb. Fransa Mədəniyyət Nazirliyinin rəssamlıq diplomunu alıb.

 





23.11.2012    çap et  çap et