525.Az

Türkiyə fındıq ixracından yarım ildə 1,2 milyard dollar gəlir əldə edib


 

Türkiyə fındıq ixracından yarım ildə <b style="color:red"> 1,2 milyard dollar gəlir əldə edib</b>

Türkiyə 2025-ci ilin ilk 6 ayında fındıq ixracından 1,2 milyard dollara yaxın gəlir əldə edib.

525.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Qaradəniz Fındıq və Məhsulları İxracatçıları Birliyi məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, 1 yanvar - 30 iyun 2025-ci il ixrac dövründə 142 min 915 ton fındıq satışından 1 milyard 182 milyon 167 min dollar əldə olunub.

Ötən ilin müvafiq dövründə bu rəqəmlər 143 min 563 ton və 1 milyard 163 milyon 866 dollar təşkil edib.

İbrahim Cəfərov

 





04.07.2025    çap et  çap et