525.Az

Tacikistan və İran prezidentləri Xankəndidə ECO sammiti çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər


 

Tacikistan və İran prezidentləri Xankəndidə ECO sammiti çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər<b style="color:red"></b>

Tacikistan Prezidenti Emoməli Rəhmon, ilk dəfə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.

525.az bu barədə Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın cari məsələləri, həmçinin ECO sammitinin gündəliyi müzakirə olunub.

E.Rəhmon Tacikistanın İslam Respublikası ilə çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə sadiqliyini ifadə edib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə dialoq aparılıb.

 





04.07.2025    çap et  çap et