525.Az

Bolqarıstanda hərbi zavodda partlayış


 

Bolqarıstanda hərbi zavodda partlayış<b style="color:red"></b>

Dünən Kazanlık şəhərində yerləşən "Arsenal" hərbi zavodunun ərazisində güclü partlayış baş verib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə partlayış olan tikilinin bir hissəsi uçub.

Qəza zamanı 1 işçi ölüb. Xoş təsadüf nəticəsində başqa itki olmayıb.

Şahidlərin sözlərinə görə,  əvvəl ərazidə güclü yanğın başlayıb, daha sonra partlayış olub.

Yerli hüquq-mühafizə orqanlarıdan qəzanın səbəblərinin araşdırıldığı bildirilib.

Qeyd edək ki, təhlükə olmadığından yaxın ətrafda yaşayan sakinlər təxliyə edilməyiblər.

L.Tağıyeva

 





04.07.2025    çap et  çap et