525.Az

KİV: Ermənistan Rusiyaya nota verib


 

KİV: Ermənistan Rusiyaya nota verib<b style="color:red"></b>

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanda baş verən son daxili siyasi proseslərlə bağlı Rusiyadan verilən bəyanatlara görə bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə "radar.am" portalına Ermənistan XİN-dən bildirilib.

Ermənistan XİN bəyan edib ki, İrəvan Rusiyadan gələn qiymətləndirmələrdən narazılığını diplomatik kanallar vasitəsilə Moskvaya çatdırıb.

"Rusiyanın İrəvandakı səfiri XİN-ə çağırılıb və ona nota təqdim olunub", - nazirlikdən bildiriblər.

 





04.07.2025    çap et  çap et