525.Az

Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var


 

Mingəçevirdə iki kater toqquşub - <b style="color:red">Xəsarət alanlar var</b>

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 525.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Mingəçevirdə iki kater toqquşub.

525.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 





05.07.2025    çap et  çap et