525.Az

Azərbaycan XİN-dən ABŞ-yə BAŞSAĞLIĞI


 

Azərbaycan XİN-dən ABŞ-yə <b style="color:red">BAŞSAĞLIĞI</b>

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.

"ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk", - paylaşımda deyilir.

Qeyd edk ki, Texasda daşqınlar nəticəsində 50 adam ölüb.

 





06.07.2025    çap et  çap et