525.Az

KİV: İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib


 

KİV: İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib<b style="color:red"></b>

İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi haqqında razılaşma əldə etmək məqsədilə HƏMAS hərəkatı ilə dolayı danışıqların aparılması üçün Dohaya gəlib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Araby" televiziya kanalı məlumat verib.

Bazar günü İsrailin "Ynet" portalı bildirib ki, hakimiyyət Qəzza ilə bağlı məsləhətləşmələr aparmaq üçün Dohaya nümayəndə heyəti göndərmək qərarına gəlib.

 





06.07.2025    çap et  çap et