525.Az

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib


 

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib<b style="color:red"></b>

İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.

525.az "Report"a istinadən xəbər verir ki, müvafiq sənəd qurumun portalında yerləşdirilib.

Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.

Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.

 





06.07.2025    çap et  çap et