525.Az

Gürcüstanda məşhur iş adamı saxlanılıb


 

Gürcüstanda məşhur iş adamı saxlanılıb<b style="color:red"></b>

Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.

525.az "Report" a istinadən xəbər verir ki, biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.

O, Tbilisi hava limanında saxlanılıb.

Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Silknet Group"un, habelə "Euronews Georgia", "Silk Road Group" və digər şirkətlərin sahibidir.

 





06.07.2025    çap et  çap et