525.Az

Litvada sərhəd nəzarətini qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiya adlandırılıb


 

Litvada sərhəd nəzarətini qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiya adlandırılıb<b style="color:red"></b>

Varşavanın Polşa-Litva və Polşa-Almaniya sərhədlərində sərhəd nəzarətini müvəqqəti bərpa etməsi qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiyadır.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda Vilnüsdə olan alman həmkarı Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Prezident etiraf edib ki, sərhəd nəzarətinin bərpası başqa yollarla həll edilməsi mümkün olmayan toplanmış problemlərlə bağlıdır: "Lakin bu addımlar müvəqqəti və o qədər səmərəli olmalıdır ki, onlar mümkün qədər tez ləğv edilsin".

Öz növbəsində Almaniya prezidenti qeyd edib ki, onun ölkəsi Polşa ilə fəaliyyətlərini koordinasiya edir.

 





06.07.2025    çap et  çap et