525.Az

Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb


 

Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb<b style="color:red"></b>

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

525.az xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq. A. Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burjanadze” stadionunda oynanılacaq.

 

 

 

 





07.07.2025    çap et  çap et