BRIKS inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platformadır. Bu, açıqlıq, inklüzivlik və əməkdaşlıq etmək istəyini ifadə edir, blokların qarşıdurmasında iştirak etmir və heç bir dövlətə qarşı yönəlməyib.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
ABŞ-ın iqtisadi tarifləri barədə danışan diplomat xatırladıb ki, Çin bu məsələdə öz mövqeyini dəfələrlə izah edib. Onun sözlərinə görə, Pekin ticarət və tarif müharibələrində qalibin olmadığı və proteksionizmin çıxılmaz bir nöqtə olduğu fikrini saxlayır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Vaşinqtonun BRICS siyasətini dəstəkləyən ölkələrə əlavə 10% ticarət tarifləri tətbiq edəcəyini bildirib.
Onun sözlərinə görə, BRIKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10% rüsum tətbiq ediləcək. Eyni zamanda, Tramp istisnaların olmayacağını vurğulayıb.
BRIKS sammiti iyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçirilir.
Pərvanə Sultanova
çap et