İndoneziyada Flores adasında yerləşən Levotobi vulkanı püskürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kraterdən qalxan kül və qazlar 19 km yüksəkliyə qalxıb.
Ötən il də Levotobi vulkanı aktivləşmişdi. O vaxt 9 nəfər ölmüş, onlarla insan yaralanmış, minlərlə sakin isə təhlükəli ərazidən təxliyə edilmişdi. Bu dəfəki aktivliyin daha yüksək olduğunu nəzərə alsaq, göstəricinin çoxalacağı barədə proqnoz verilir.
Qeyd edək ki, bu dəfəki püskürmə 2010-cu ildə Yava adasındakı Merapi vulkanının püskürməsi ilə eyni tutulur. 15 il əvvəl 353 nəfər Merapinin qurbanı olmuş, 350 min insan təhlükəsiz ərazilərə köçürülmüşdü.
L.Tağıyeva
çap et