525.Az

Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq


 

Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq<b style="color:red"></b>

Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

525.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. 

Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

 





07.07.2025    çap et  çap et