525.Az

“Rosqvardiya” rəhbərinin keçmiş müavini korrupsiya şübhəsi ilə saxlanılıb


 

“Rosqvardiya” rəhbərinin keçmiş müavini korrupsiya şübhəsi ilə saxlanılıb<b style="color:red"></b>

“Rosqvardiya” rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov saxlanılıb.

525.az "Report" a  istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"O, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur", - mənbə bildirib.

Qeyd olunub ki, o, Sibir dairəsində poliqonun tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib.

Mənbənin sözlərinə görə, cinayət işi Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları tərəfindən qaldırılıb.

 





07.07.2025    çap et  çap et