525.Az

Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq edib


 

Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq edib<b style="color:red"></b>

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Britanita hökumətinin saytında yenilənmiş "qara siyahının" məlumatlarından bəlli olub.

Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub.

Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur.

 





07.07.2025    çap et  çap et