ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Amerika bazarına idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25 %-lik vahid tarif tətbiq ediləcəyini açıqlayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Trampın hər iki Asiya ölkəsinin liderlərinə göndərdiyi, “Truth Social”da yayılan məktublarda deyilir.
“Biz bu ölkələrdən gələn tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son qoymalıyıq. Ona görə də daxil olan bütün mallara 25 % rüsum tətbiq edirik”, - ABŞ lideri yazıb.
çap et