525.Az

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb


 

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb<b style="color:red"></b>

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

525.az-a bu barədə Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

Üç gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

 





08.07.2025    çap et  çap et