525.Az

Noyer birinci oldu


 

Noyer birinci oldu<b style="color:red"></b>

Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.

Trend-in məlumatına görə, keçirilmiş sorğunun nəticəsinə əsasən, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görülüb.

Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştiano Ronaldo (“Real”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.

Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.

 





29.12.2014    çap et  çap et