ABŞ-nin Texas ştatının Kerr qraflığında iyulun 4-də yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 91-ə yüksəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Quadalupe çayında suyun səviyyəsinin 8 metr yüksəlməsi nəticəsində baş verən seldən sonra axtarış-xilasetmə işləri davam edir.
Kerr dairəsinin şerifi Larri Leitha, axtarış-xilasetmə qruplarının yay düşərgələrinin yerləşdiyi bölgədə 28 uşağın cansız cəsədini tapdığını bildirib.
Texas qubernatoru Qreq Abbott isə ştatda 41 nəfərin itkin düşdüyünü açıqlayıb.
Səlahiyyətlilər qeyd ediblər ki, axtarışı aparılanların hamısı tapılana qədər səylərini davam etdirəcəklər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Texasda baş verən daşqın səbəbindən Kerr dairəsini fəlakət bölgəsi elan edib.
İbrahim Cəfərov
çap et