525.Az

Çin hərbi texnika sahəsindəki nailiyyətlərini dost ölkələrlə bölüşməyə hazırdır - MN


 

Çin hərbi texnika sahəsindəki nailiyyətlərini dost ölkələrlə bölüşməyə hazırdır - <b style="color:red">MN</b>

Çin hərbi ixraca hər zaman ehtiyatlı və məsuliyyətli yanaşır və hərbi texnologiyaların inkişafındakı nailiyyətlərini dost ölkələrlə bölüşməyə hazırdır.

525.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Cian Bin bildirib.

O, bəzi ölkələrin silah, o cümlədən J-10 qırıcıları almaq planları ilə bağlı Çinlə danışıqlar aparmasına dair xəbərlər şərh edərkən bu bəyanatla çıxış edib.

MN rəsmisi Çinin regionda və dünyada sülh və sabitliyin qorunmasında konstruktiv rol oynamağa sadiq qaldığını vurğulayıb.

Pərvanə Sultanova

 





08.07.2025    çap et  çap et