525.Az

Çexiya prezidenti Ukraynaya yardımdan danışıb


 

Çexiya prezidenti Ukraynaya yardımdan danışıb<b style="color:red"></b>

Çexiya bu ilin oktyabrında ölkədə keçiriləcək parlament seçkilərindən sonra Ukraynaya hərbi yardımın davam etdiriləcəyinə zəmanət verə bilməz.

525.az xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel BBC-yə müsahibəsində deyib.

O, seçkilərin hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını istisna etməyib və mümkün yeni hökumətin prioritetlərini - xüsusən də Ukraynaya yardımla bağlı - qiymətləndirmək hələ çətindir.  Əlavə edib ki, bu və ya digər formada növbəti hökumətin tərkibində olacaq parlament partiyalarının bütün liderləri ilə bu məsələləri müzakirə edir.

"Hazırda mənim bütün səylərim təhlükəsizlik və müdafiə məsələlərinə vahid yanaşmanın, o cümlədən Ukrayna ilə bağlı siyasətimizin saxlanmasına yönəlib. Çünki hesab edirəm ki, Ukraynaya dəstək bizim təhlükəsizliyimizin tərkib hissəsidir", - Pavel bildirib.

Moskva və Kiyev arasında sülh sazişinin perspektivlərindən danışan Çexiya lideri deyib ki, böyük itkilər və dağıntılar olmadan rus qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaq mümkün deyil. O hesab edir ki, ABŞ atəşkəsə nail olmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir.

Pərvanə Sultanova

 

 





08.07.2025    çap et  çap et