İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətində qeyri-adi hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı fermer La Noti səhər saatlarında heyvanlarını bəsləmək üçün evindən çıxıb, lakin bir daha geri qayıtmayıb.
Ertəsi gün ailəsi onun motosikletini yol kənarında tərk edilmiş halda tapdıqdan sonra geniş axtarış başlanıb.
Kəndlilər bir neçə metr aralıda kolların arasında hərəkətsiz uzanan nəhəng pitonla rastlaşıblar. Onlar ilanı tutduqdan sonra qarnının şiş olduğunu görüblər və bu səbəbdən ilanı kəsmək qərarına gəliblər. Həmin vaxt qarşılaşdıqları mənzərə hər kəsi şoka salıb: La Notinin cəsədi nəhəng ilanın mədəsindən çıxıb.

Təxminən 8,5 metr uzunluğundakı pitonun toyuqlarını bəsləyən La Notiyə hücum edərək əvvəlcə ayağını dişlədiyi, sonra yerə yıxdığı və bədənini sıxaraq öldürdüyü müəyyən edilib. Silahı və digər müdafiə vasitələri olmayan yaşlı kişi köməksiz vəziyyətdə dünyasını dəyişib.
Hadisədən sonra danışan regional fövqəladə hallar rəsmisi La Ode Risaval, “Bölgəmizdə ilk dəfədir ki, insanın ilan tərəfindən udulduğunun şahidi oluruq. Son zamanlar meşəlik ərazilərdə baş verən dağıntılar bu yırtıcıların insanların yaşayış yerlərini zəbt etməsinə şərait yaradıb”, - deyə bildirib.
İbrahim Cəfərov
çap et