525.Az

ABŞ-da sel nəticəsində ölənlərin sayı 111-ə çatıb - itkin düşənlərin sayı 170-i keçib


 

ABŞ-da sel nəticəsində ölənlərin sayı 111-ə çatıb -<b style="color:red"> itkin düşənlərin sayı 170-i keçib</b>

ABŞ-nin Texas ştatında iyulun 4-də yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 111-ə yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətin ən çox hiss olunduğu Kerr qraflığında itkin düşənlərin sayı 170-i keçib.

Axtarış-xilasetmə işləri davam etsə də, yerli rəsmilər itkilərin sayının çox ola biləcəyini vurğulayırlar.

İbrahim Cəfərov

 





09.07.2025    çap et  çap et