525.Az

Bu ölkədə 1 gündə 37 zəlzələ qeydə alındı


 

Bu ölkədə 1 gündə 37 zəlzələ qeydə alındı <b style="color:red"></b>

 

Qvatemalada bir gündə müxtəlif gücdə 37 zəlzələ qeydə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji, Vulkanoloji, Metroloji və Hidroloji İnstitutu məlumat yayıb.

Ən güclü zəlzələlər 5,2 və 5,6 bal gücündə olub. 2 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb. 

Qeyd edək ki, yeraltı təkanlar nəticəsində 600-ə qədər bina, müxtəlif tikili dağılıb və ya ciddi zərər görüb.

L.Tağıyeva

 





09.07.2025    çap et  çap et