525.Az

Polşa 3 hərbi zavod inşa edəcək


 

Polşa 3 hərbi zavod inşa edəcək<b style="color:red"></b>

Polşa höküməti mərmi istehsal edən 3 zavodun inşası ilə bağlı qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış keçirdiyi mətbuat konfransında bildirib.

Nazir bunun üçün 2,4 milyard zlotı (təxmini 1,2 milyard manat) ayrıldığını söyləyib.

Qeyd edək ki, Polşanın maliyyə naziri Yakob Yavorovski ölkədə artilleriya mərmilərinin illik istehsalını 5 dəfə artırmağı planlaşdırdıqlarını söyləmişdi.

L.Tağıyeva

 





09.07.2025    çap et  çap et