525.Az

HƏMAS 10 israilli girovu azad edəcək


 

HƏMAS 10 israilli girovu azad edəcək<b style="color:red"></b>

HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.

525.az "Report"a istinadən xəbər verir ki, bu, HIMAS-ın teleqram kanalında dərc edilmiş rəsmi bəyanatdan irəli gəlir.

"HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb. Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir", - məlumatda deyilir.

 





09.07.2025    çap et  çap et