Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyinə həsr olunan “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, film “Azad Azərbaycan” (ATV) telekanalında hazırlanıb: “Bu gün həm də rus dilində olan ayb.ru saytı istifadəyə verilib. Həm filmin təqdimatı, həm də saytın istifadəyə verilməsi Yazıçılar Birliyinin həyata keçirmək istədiyi növbəti layihələrdir”.
Filmin ssenari müəllifləri Xəyal Rza, Günay Novruz, rejissoru Emin Məmmədov, məsləhətçiləri Məqsəd Nur və Səlim Babullaoğludur.
S.ABDULLAYEVA
çap et