525.Az

Meksikada tükürpədici olay


 

Meksikada tükürpədici olay<b style="color:red"></b>

 

Meksikada yeni tikilən binaların birində içində insan qalıqları olan 42 kisə aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Halisko ştatının Sapopana əyalətində gerçəkləşib.

Kisələr itkin düşmüş insanların axtarışı ilə məşğul olan könüllülərin sayəsində aşkarlanıb. Dərhal polis işə qarışıb, insan qalıqlarının kimlərə məxsus olduğu və cinayəti törədənlərin şəxsiyyətləri araşdırılır.

Əslində, cinayətkarların kimliyi böyük ölçüdə bəllidir. Polis ştat ərazisində fəaliyyət göstərən "Haliskonun yeni nəsli" cinayətkar qruplaşmadan şübhələnir. Sadəcə, bunu sübuta yetirmək lazımdır.

Ötən ilin fevralında həmin tikilidə insan qalıqları olan 37 kisə də tapılmışdı. Ümumilikdə isə iyun-iyul aylarında ştat ərazisində 52 belə kisə aşkarlanıb.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Haliskoda 15 minə yaxın insan itkin düşmüş hesab olunur.

L.Tağıyeva

 





10.07.2025    çap et  çap et