525.Az

Malayziyada helikopter qəzası


 

Malayziyada helikopter qəzası<b style="color:red"></b>

Malayziyada polis helikopteri qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Gelanq-Patax şəhəri yaxınlığında baş verib. 

Təlim uçuşu edən helikopterdə 3-ü kişi, 2-i qadın olmaqla 5 polis əməkdaşı var imiş. İdarəetməni itirən nəqliyyat vasitəsi Pulay çayına düşüb. Xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində zərərçəkənlər vaxtında xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, polis əməkdaşlarının 5-i də yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

L.Tağıyeva

 





10.07.2025    çap et  çap et