525.Az

Rusiya Xarkovda doğum evini vurub - 9 nəfər yaralanıb


 

Rusiya Xarkovda doğum evini vurub - <b style="color:red"> 9 nəfər yaralanıb</b>

Rusiya hərbçilərinin Xarkova endirdiyi aviazərbələr zamanı doğum evi də ziyan görüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O, teleqram hesabında qeyd edib ki, ruslar bu gün ölkəsinə pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. Zelenski Xarkov şəhərinə hücumda doğum evinin də hədəf alındığını və zərbələr zamanı 9 nəfərin yaralandığını vurğulayıb.

“Yaralananlar arasında doğuş edən və əməliyyat olunan qadınlar da var”, - deyə Ukrayna prezidenti bildirib.

İbrahim Cəfərov

 





11.07.2025    çap et  çap et