525.Az

Tayvan tarixinin ən böyük hərbi təlimi başlayıb


 

Tayvan tarixinin ən böyük<b style="color:red"> hərbi təlimi başlayıb</b>

Tayvan Çinin artan hərbi təzyiqinə qarşı çıxmaq üçün tarixinin ən böyük hərbi təliminə başlayıb.

525.az CNA-ya istinadən xəbər verir ki, “Han Kuang 41” adlı təlimin müddəti əvvəlki illərdən iki dəfə çox olmaqla 10 günə qədər uzadılıb.

ABŞ-dan alınmış M1A2 Abrams tankları və HIMARS çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edilən təlimdə ümumilikdə 22 min ehtiyatda olan hərbçi iştirak edir ki, bu da Tayvan tarixinin ən böyük göstəricidir.

Təlim komanda mərkəzlərinə, infrastruktur obyektlərinə, limanlara və adalara hücumların simulyasiyasını əhatə edir.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, bu təlim həm ictimaiyyətin əhval-ruhiyyəsini yüksək saxlamaq, həm də Çinin mümkün hücumu zamanı ölkənin müdafiə əzmini nümayiş etdirmək baxımından vacibdir.

İbrahim Cəfərov

 





11.07.2025    çap et  çap et