Hindistanın Qucarat əyalətində körpünün uçması nəticəsində 9 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, "Hindustan Times"ın məlumatına görə, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki dayağı arasında olan hissəsi dağılıb.
Səlahiyyətlilər bildiriblər ki, hadisə zamanı körpüdən keçən iki yük maşını və iki pikap çaya düşüb.
Dərhal hadisə yerinə xilasedicilər gəlib. İlkin məlumatlara görə, 9 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qucaratın daxili işlər naziri Harş Sanqavi hadisə yerinə yüksək səviyyəli nümayəndə heyətinin göndərildiyini və Qucarat Baş Naziri Bhupendra Patelin vəziyyəti yaxından izlədiyini bildirib.
Baş nazir Patel açıqlamasında 1985-ci ildə inşa edilən körpünün mütəmadi olaraq baxıldığını və qəzanın dəqiq səbəbinin araşdırılacağını bildirib.
Malik Atilay
çap et